|
作词 : Orxan Zeynallı |
|
作曲 : Nejc Raspotnik |
|
Bizə olmaz, ver əlini sus |
|
Fərq eləmir nədir yolumuz |
|
Soyuq olsa, olaram buz |
|
Sən axı günəşsən, budur sonumuz |
|
Ötən aylara bax, illərə bax |
|
Heç nə danışma, dinlə və bax |
|
Mənim üçün sən, ən uca dağ |
|
Qucağın ətək, zirvə dodaq |
|
Səni tapdım bir küçədə |
|
Alıb itdın məni çərçivədən |
|
Sevgiyə uduzar mərci bədən |
|
Sevginin zəhəri təhlükəli civədən |
|
Səni tapdım, məni sevəsən |
|
Sevib unudasan ki, məntiqi sonuma çatım |
|
Ümid vermə, yox, o yaşım deyil |
|
Gəl, olan - qalan ümidi al, amma qoyma batım |
|
Briz, atıb sahilə məni sənsiz |
|
Ver əlini üz |
|
Enək dərinə |
|
Olaq sonsuz dəniz |
|
Briz, atıb sahilə məni sənsiz |
|
Ver əlini üz |
|
Enək dərinə |
|
Olaq sonsuz dəniz |
|
Səni tapdım, yanımda qal |
|
Ya da çıx get, yanımda olma |
|
İstəyirsən dərd ol, istəyirsən ağrı |
|
Amma nə olar yalandan olma |
|
Səni tapdım, məni incit |
|
Məni qoy get, yağışla bax |
|
Sonra geri dön, bağışla de |
|
Səni yox, sevirəm səni bağışlamağı |
|
Axı səni tapdım, necə itirim indi? |
|
Qalxan ocaq idim, fitilim endi |
|
Dəyişib, gülmək, sevmək rəngin |
|
Sən dəyişmisən, Orxan həmindir |
|
Səni tapdım, boş okeanda |
|
Məni də apar, gülüşün son gəmimdir |
|
Ağladın, Bakı yandı |
|
Göz yaşın məni dibə aparan su pərimdir |
|
Sənə çatdım, amma gec idi |
|
Bu üzüntü yox, tərcih idi |
|
Qəlizəm axı tez çözdün məni, sevgilim |
|
Dəniz suyu bilib üzdün məni, sevgilim |
|
Son qara ton |
|
Gecə çox monoton, öp günaha batım |
|
Həyəcan vermə, o yaşım deyil |
|
Gəl, olan - qalan canı al, amma qoyma batım |
|
Briz, atıb sahilə məni sənsiz |
|
Ver əlini üz |
|
Enək dərinə |
|
Olaq sonsuz dəniz |
|
Briz, atıb sahilə məni sənsiz |
|
Ver əlini üz |
|
Enək dərinə |
|
Olaq sonsuz dəniz |