作词 : Pərviz Isaqov/Malik Kələntərli 作曲 : Vüsal Həsənov Nəfəs al və burax, bu tək lazım olan Həyat üçün formula, nə qədər artıq Kəşf eləsən də, məşq eləsən də Həyat üçün heç nədir Belini sənin vurmaq yerə Zirvələrdən belə beri dön bax yerə Heç kimə xoş deyil yıxılmaq yerə Yıxıl, dur, block tutulur qır, cavab verilir vur Həyat davam edir, nə qədər çalınmayıb sur Hər kəs öz rolun oynayır Kim baha satır, kim çölə atır Kim Qarabağ atıdır, kim kölə qatır Kim qızıla batıb yatır, kim zibilə batır Kimə baha saniyəsi, kimə dəyərsiz saatı Kim idarə edə bilmir özünü Kim idarə edir kainatı Və götürülür aradan kimin çox məlumatı Qar-kömür, ölüm-ömür Şiə-Ömər, sünni-möhür Çılpaq-vicdan, başıbağlı-yalan Əvvəl-son, meydan-dalan Tarix-miras, Bakılı-Yeraz Həci-yəhudi, qızıl, ya pas Sevgi-tort, pul-abort Oyun-həyat, cənnət və od Rüşvət-vicdan, səcdə-şeytan Fəhlə-qlamur, hallowen-qurban Eurovision-Laçın, Panamera-qaçqın Milli, caz, başa düşüm çətin Barbie-hicab, playboy-savab İblisə-rəhm, iftara şərab Din-dəb, depressiya-təb Namus-kartof, hüzur-əsəb Küçələr bol, başı boş insanla Nə qədər gör azmış insan var? Kimin nəyinə gərəkdir harda torpaqlar? Həyat Bakıdadır, qalanı bataqlıqda Düzdür işsizlik sıfır, indi iş çoxdur Eşşək kimi işlə, sonda pul yoxdur Sözümüzün dəyəri də əvvəlki deyil Millətin qarnı çünki, sözdən toxdur Çoxluq... yox, söyüş söymə uşaqlar var Söyüşü eşidirik indi uşaqlardan Siqaret əllərində, sanki oyuncaqdır Qızların da əllərində rezin oyuncaqlar İndi saqqalın var-yox, fərqi yoxdur Üzündə nəsə qaralırsa, sən vahabi Alnını qəsdən möhürə sürtən çoxdur Elə bil bunu eləməklə artır savabı