|
作词 : Pərviz Isaqov |
|
作曲 : Diamond Style |
|
Həyatımı varlığınla bəzə |
|
Sevinib uçuram səni görəndə |
|
Nə qədər varsan, o qədər varam |
|
Pərvanə təki dövrəndə |
|
Mahnılarımda çıxırsan üzə |
|
İlham pərimsən mənim sən |
|
Nə qədər varsan, o qədər varam |
|
Və var olduqca mənimsən |
|
Günlər gəzir, saatlar qaçır |
|
Saniyələr uçur, hamısı sənin üçün |
|
Dünya sənin özün, təki gülsün üzün |
|
Bura qonaq olub yüzü, yerini verməyib düzü |
|
Bizi görür çoxu, bəlkə də götürmür gözü |
|
Mənim də xasiyyətim dəyişkəndir |
|
Buna isə az adam dözür, sən bu adamın özü |
|
Varlığındır mənalı edən gecəni, gündüzü |
|
Sözüm özü axır, olur sətir, adına yazılır şeir, mahnılar |
|
Həyat mahnıdan daha da dərindir |
|
İşıq sürətiylə gedir indi, çünki biz əl-ələ |
|
Uzağa gedəcək hələ bu yol, geriyə baxma, gəl |
|
Gözünü yum, əlimi tut |
|
Sənin işığınla gedəcəm, qorxma, gəl |
|
Sona qədər biz olar, olsan əgər |
|
Yoxa çıxma, gəl |
|
Həyatımı varlığınla bəzə |
|
Sevinib uçuram səni görəndə |
|
Nə qədər varsan, o qədər varam |
|
Pərvanə təki dövrəndə |
|
Mahnılarımda çıxırsan üzə |
|
İlham pərimsən mənim sən |
|
Nə qədər varsan, o qədər varam |
|
Və var olduqca mənimsən |
|
Mənə bəs edir o səsin qulağımda səslənməsi |
|
Sənə bəs edirəm mən, amma bu bəslər nədir? |
|
Yenə də mi görəsən sözlər qüruru kəsməkdədir? |
|
Bu qədər illər də mi sözü gözüyumulu udmağa dəymədi? |
|
Mən yenə neylədim, yenə neylədim? |
|
Qapanır üzümə qapılar |
|
Əminəm açarı tapılar |
|
Bu qapanışlar məni uzağlara aparar |
|
Və geri dönüşlər çətinləşər |
|
Kömək olmaz nə sözlər, nə para |
|
Üzü qışa gedirik deyəsən baharı axtara-axtara |
|
Özümə söz verirəm, geri baxmaram! |
|
Səninlə xoşbəxt olardım, yaşasaydım daxmada |
|
Da-da-dam-dadam, yola ver! |
|
Həyatımı varlığınla bəzə |
|
Sevinib uçuram səni görəndə |
|
Nə qədər varsan, o qədər varam |
|
Pərvanə təki dövrəndə |
|
Mahnılarımda çıxırsan üzə |
|
İlham pərimsən mənim sən |
|
Nə qədər varsan, o qədər varam |
|
Və var olduqca mənimsən |
|
Qarşıma çıxmasaydın, səni arardım |
|
(mütləq səni arardım) |
|
O şüaların qışı apardı |
|
(indi ömrümdə bahardır) |
|
Bəlkə də çətin olardı |
|
(bəlkə də çətin olardı) |
|
Amma tapardım |
|
(mən səni tapardım) |
|
Tapmasam belə |
|
(Tapmasam belə) |
|
Bizi yazardım |
|
(mən bizi yazardım) |
|
Həyatımı varlığınla bəzə |
|
Sevinib uçuram səni görəndə |
|
Nə qədər varsan, o qədər varam |
|
Pərvanə təki dövrəndə |
|
Mahnılarımda çıxırsan üzə |
|
İlham pərimsən mənim sən |
|
Nə qədər varsan, o qədər varam |
|
Və var olduqca mənimsən |
|
Həyatımı varlığınla bəzə |
|
Sevinib uçuram səni görəndə |
|
Nə qədər varsan, o qədər varam |
|
Pərvanə təki dövrəndə |
|
Mahnılarımda çıxırsan üzə |
|
İlham pərimsən mənim sən |
|
Nə qədər varsan, o qədər varam |
|
Və var olduqca mənimsən |