作词 : Elvin Nəsirov/Əslixan Abuçov 作曲 : Yuzbek Zagirov Həyatın hər anı gözəl ayırıb vaxtı seçmə Zamanı donduran tək şey şəkillərdir, başqa heç nə Sevginin imtahanından olmursa yaxşı keçmək Sadəcə sağ ol denən də, əlvida, başqa heç nə Elə bil filmdəyik, rollar ayrı Başlayanda başlanğıc başqa olur Amma nədənsə sonlar ayrı Və insan onda ayılır bil, görür ki, yollar ayrı Nə xeyri bax keçib artıq, sarıllan qollar ayrı Günahkar sevgini bildi, gəlməyib xeyir səndən Qayıdıb keçmişə baxdıqca da de - “heyif səndən” Zaman da qatar kimi gedir - tik-tak, relslərdə Qalanlar geridə qalır, qoy gedənə də heyfislənmə Həyatın qanunu budur, qorunur axı tarazlıq Barış öz alın yazınla, etmə heç narazılıq Olacağa çarə yoxsa, bəs onda biz nə yazırıq ki? Bu dəqiqə əcəl gəlsə, deyərik - gəl biz hazırıq Sevgi var idi (Yalnız mahnılarda) Sevgi var idi (Arzular, xəyallarda) Sevgi var indi (Facebook, WhatsApp-da) Sevgi var indi (Tik-Tok, Instagram-da) Sevgi var idi (Yalnız mahnılarda) Sevgi var idi (Arzular, xəyallarda) Sevgi var indi (Facebook, WhatsApp-da) Sevgi var indi (Tik-Tok, Instagram-da) Bir vaxt məktub yazmağa çalışan titrəyən əllər Əvəz olunub telefon, o vaxtkıtək doğma gəlmir Onu görmək üçün hər səhər durub da məktəbə getmək İndi isə hazırlıqlardan neçə aydır dərsə gəlmir Yaşadığın bahalı sevgi pulla sayılırsa Düşünürsən ki, böyüdükcə ayılırsan Hisslər getdikcə soyuyursa De görüm hansı qucaqlarda yaxşı soyunursan, hə? Onu kimsə oyatsın O bağırıb üsyan edəcək ki, toxdur eşqə qarnı Əşi boş verin, əl dəyməyin, qoy bir az yatsın Cismi paltarının altında, ruhu başqalarının Həyat bizə hansı gülü göstərdisə, onu dərdik Qapımızı döyənləri də bir əlimizlə geri göndərdik Keçdiyimiz günlər… Nə günlərdir Sevgi nə idi ki, sevgini nəyə döndərdik? Sevgi var idi (Yalnız mahnılarda) Sevgi var idi (Arzular, xəyallarda) Sevgi var indi (Facebook, WhatsApp-da) Sevgi var indi (Tik-Tok, Instagram-da) Sevgi var idi (Yalnız mahnılarda) Sevgi var idi (Arzular, xəyallarda) Sevgi var indi (Facebook, WhatsApp-da) Sevgi var indi (Tik-Tok, Instagram-da)