|
作词 : Elvin Nəsirov/Əslixan Abuçov |
|
作曲 : Yuzbek Zagirov |
|
Həyatın hər anı gözəl ayırıb vaxtı seçmə |
|
Zamanı donduran tək şey şəkillərdir, başqa heç nə |
|
Sevginin imtahanından olmursa yaxşı keçmək |
|
Sadəcə sağ ol denən də, əlvida, başqa heç nə |
|
Elə bil filmdəyik, rollar ayrı |
|
Başlayanda başlanğıc başqa olur |
|
Amma nədənsə sonlar ayrı |
|
Və insan onda ayılır bil, görür ki, yollar ayrı |
|
Nə xeyri bax keçib artıq, sarıllan qollar ayrı |
|
Günahkar sevgini bildi, gəlməyib xeyir səndən |
|
Qayıdıb keçmişə baxdıqca da de - “heyif səndən” |
|
Zaman da qatar kimi gedir - tik-tak, relslərdə |
|
Qalanlar geridə qalır, qoy gedənə də heyfislənmə |
|
Həyatın qanunu budur, qorunur axı tarazlıq |
|
Barış öz alın yazınla, etmə heç narazılıq |
|
Olacağa çarə yoxsa, bəs onda biz nə yazırıq ki? |
|
Bu dəqiqə əcəl gəlsə, deyərik - gəl biz hazırıq |
|
Sevgi var idi (Yalnız mahnılarda) |
|
Sevgi var idi (Arzular, xəyallarda) |
|
Sevgi var indi (Facebook, WhatsApp-da) |
|
Sevgi var indi (Tik-Tok, Instagram-da) |
|
Sevgi var idi (Yalnız mahnılarda) |
|
Sevgi var idi (Arzular, xəyallarda) |
|
Sevgi var indi (Facebook, WhatsApp-da) |
|
Sevgi var indi (Tik-Tok, Instagram-da) |
|
Bir vaxt məktub yazmağa çalışan titrəyən əllər |
|
Əvəz olunub telefon, o vaxtkıtək doğma gəlmir |
|
Onu görmək üçün hər səhər durub da məktəbə getmək |
|
İndi isə hazırlıqlardan neçə aydır dərsə gəlmir |
|
Yaşadığın bahalı sevgi pulla sayılırsa |
|
Düşünürsən ki, böyüdükcə ayılırsan |
|
Hisslər getdikcə soyuyursa |
|
De görüm hansı qucaqlarda yaxşı soyunursan, hə? |
|
Onu kimsə oyatsın |
|
O bağırıb üsyan edəcək ki, toxdur eşqə qarnı |
|
Əşi boş verin, əl dəyməyin, qoy bir az yatsın |
|
Cismi paltarının altında, ruhu başqalarının |
|
Həyat bizə hansı gülü göstərdisə, onu dərdik |
|
Qapımızı döyənləri də bir əlimizlə geri göndərdik |
|
Keçdiyimiz günlər… Nə günlərdir |
|
Sevgi nə idi ki, sevgini nəyə döndərdik? |
|
Sevgi var idi (Yalnız mahnılarda) |
|
Sevgi var idi (Arzular, xəyallarda) |
|
Sevgi var indi (Facebook, WhatsApp-da) |
|
Sevgi var indi (Tik-Tok, Instagram-da) |
|
Sevgi var idi (Yalnız mahnılarda) |
|
Sevgi var idi (Arzular, xəyallarda) |
|
Sevgi var indi (Facebook, WhatsApp-da) |
|
Sevgi var indi (Tik-Tok, Instagram-da) |