作词 : Azer Şirin 作曲 : Elçin Ceferov “Elçin Cəfərov – Sözüm ona” Səhifə-səhifə qarışdırdım olanları, bitənləri, Vərəqlədim həyatımı başdan. Dedim görüm ürəyimdə birdəfəlik itənləri taparammı?! Sözüm ona, sözüm ona... Hər şeyini sevdim sənin, hər şeyini sevdim, Amma bircə bunu səndən görmək istəməzdim. Bəsdir daha bezdim neynim, bəsdir daha bezdim. Sözüm ona, sözüm ona... Bağışladım keçmişindən qalanları, susdurardım, Bilə-bilə səbəbini məndən soranları, göz yumardım. Dönə-dönə danışdığın yalanları, nə biləydim yaşıyıram. Danışmadım mən məhəbbət nağılları, aldanardın, Kimə görə, nəyə görə bir çox sualları sorğulardın. Amma dönə-dönə danışdığın yalanları, Nə biləydim yaşıyıram son anları. Həyatımdaki ən həyəcanlı hadisə idi onu görmək, Bəlkə bir baxışı, bəlkə də bir sözə vurulmuşdum. Nə bilim, hər şey o qədər gözəl idi ki, Onu sevirdim, getməyini heç istəməzdim...